AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya İran İslam Respublikasına 2 milyard avrodan artıq kredit ayırmaq fikrindədir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sözlərinə görə, bu vəsaitlər Fars körfəzi sahilində elektrik stansiyasının tikintisinə və ölkənin şimal-şərq bölgəsində dəmir yollarının elektrikləşdirilməsinə sərf olunmalıdır.
Azərbaycanın «Azərtac» informasiya agentliyinə verdiyi müsahibədə Putin qeyd edib ki, Rusiya İranla neft-qaz və aviakosmik sahələr üzrə digər genişmiqyaslı layihələrin işlənməsinə də hazırdır.