XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2015 - 15:12

Korrupsiyaya görə ölüm hökmü veriləcək – Taylandda

Taylandda korrupsiya ilə mübarizəyə dair qanuna dəyişiklik edilib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 13-də təsdiqlənən dəyişikliyə əsasən, bundan sonra böyük miqyasda korrupsiyaya yol verən şəxslərə ölüm hökmü veriləcək. Taylandın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan vətəndaşları bu cinayətə yol verərsə, həmin şəxsləri 5 ildən 20 ilədək həbs cəzası, həmçinin 13 min dollar cərimə gözləyəcək.

Taylandın Milli Antikorrupsiya Komissiyasının baş katibi Sansern Poldjiak dəyişiklikdən razı qaldığını bildirib. Onun sözlərinə görə, korrupsiya Taylandda ağır cinayət hesab olunduğundan yeni cəza da buna adekvatdır. Son üç ayda Taylandda 115 məmur Milli Antikorrupsiya Komissiyasının apardığı yoxlamalardan sonra vəzifəsindən kənardaşdırılıb.

Strateq.az