XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 11:19

Rusiyanın MDB ölkələrinə enerji ixracının həcmi45% azalıb

enerji 1

2016-cı ilin ilk yarım illiyi ərzində Rusiyadan MDBölkələrinə elektrik enerjisinin ixracı 45% azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə avqustun 5-də dərc olunan Rusiyanın Federal Gömrük Xidmətinin hesabatında deyilir. 

Qurumun məlumatına görə, ilk yarım il ərzində MDB ölkələrinə 2,032 mlrd. kVt/saat elektrik enerjisi tədarük edilib. Bu müddət ərzində MDB ölkələrinə enerji ixracından əldə olunan gəlir 81,1 mln. dollar təşkil edib.

Bununla belə uzaq xaricə tədarükün həcmi 1,6% artaraq 6,11 mlrd. kVt/saat olub. Ümumilikdə tədarükük dəyəri 206,8 mln. dollar təşkil edib.

Bundan əvvəl isə bildirilib ki, Rusiyanın yanacaq-enerji məhsulllarının tədarükündən gəlirləri bu ilin yanvar-aprel aylarında ötən illə müqayisədə 38,9% azalıb. Ticarət balansının saldosu da 33,1 mlrd. dollar azalaraq, 2015-ci illə müqayisədə 30,8 mlrd. dollar az olub.