XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 July 2015 - 15:40

Hollandiyada yollar plastikdən olaсaq – Hökumət razılıq versə

plastikyol-1.jpg

Hollandiyada fəaliyyət göstərən «VolkerWessels» şirkəti hökumətə avtomobil yollarının plastik örtüklə döşənməsi ilə bağlı təklif ünvanlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, xüsusi maddədən hazırlanan bu örtüklər – 40 və +80 dərəcə selsiyə dözümlüdür. Mütəxəssislər bildiriblər ki, bu örtüklər həm qənaət baxımdan faydalıdır, həm də uzunömürlüdür.

«VolkerWessels»in təmsilçisi bildirir ki, asfalt örtüklə müqayisədə plastik yolların dözümlülük müddəti üç dəfə çoxdur. üstəlik, təmiri də daha asandır: «Plastik yollar bir-birinə möhkəm birləşdirilmiş ayrı-ayrı seksiyalardan ibarət olacaq. üstünlüklərdən biri də budur ki, plastik örtüyün altından boru və kabellər keçirmək olar. Konsepsiyamızın potensialı çox böyükdür. Hədəfimiz bu konsepsiyanın daha çox ölkədə yayılmasını təmin etməkdir».

Şirkətdən onu da bildiriblər ki, hələlik onların bu təklifi ilə Rotterdam şəhərinin bələdiyyəsi maraqlanıb.

Strateq.az