XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 11:52

Türkiyədə daxili və xaricikəşfiyyat xidmətləri yaradılacaq

DSC_8944

 Türkiyədə daxili və xarici kəşfiyyat xidmətləri yaradılacaq. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanın ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla bununla bağlı fikir mübadiləsi apardığı bildirilir.  

Məlumata görə, hər iki qurumun da Türkiyə Prezident Administrasiyasının tabeliyinə verilməsi planlaşdırılır.  

Xəbərdə bildirilib ki, Milli Kəşfiyyat Təşkilatın bir hissəsi, polis və jandarmanın kəşfiyyatları vahid bir qurumda birləşdirilib, Təhlükəsizlik Kəşfiyyat Müşavirliyi (GİM) formalaşdırılacaq. Eyni zamanda, telefonların dinlənməsi ilə məşğul olan və bağlanması gündəmdə olan Telekommunikasiya və Rabitə İdarəsi (TİB) də bu qurumun tabeliyinə veriləcək. Beləliklə, GİM daxili, MİT isə xarici kəşfiyyat orqanına çevriləcək. Bundan başqa, hər iki kəşfiyyat təşkilatının müxtəlif strukturlar kimi deyil, bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsi və bu səbəbdən də hər iki quruma bir nəfərin rəhbər təyin edilməsi planlaşdırılır. Bununla belə, hər iki quruma ayrı-ayrı şəxslərin təyinatı da nəzərdən keçirilir.