XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2016 - 13:42

Ərdoğan Türk Şurasının baş katibi ilə görüşüb

erdoöan 62

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Türk Şurasının baş katibi Ramil Həsənovu qəbul edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, qəbul Türkiyədə səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə verilən şam ziyafətindən sonra olub.

Görüş zamanı 15 iyul hərbi çevriliş cəhdi zamanı Türk Şurasının tərəddüdsüz Türkiyə dövləti və xalqının tərəfində olduğunu xatırladan R. Həsənov bundan sonra da Şuranın Türkiyənin yanında olacağını bildirib. Çevriliş cəhdi zamanı Türk Şurasına üzv olan ölkələrin yüksək vəzifəli şəxsləri ilə əlaqə saxladığını və bunun nəticəsində Şura üzvü ölkələrdən Türkiyəyə  güclü həmrəylik mesajlarının gəldiyini bildirən baş katib Türk Şurasının hazırda icra etdiyi layihələr və gələcək planları barədə  Ərdoğana məlumat verib.

Ərdoğan isə R. Həsənova və Türk Şurasına minnətdarlığını bildirərək bu çətin dönəmdə qardaş dövlətlərin dəstəyinin önəmini vurğulayıb. O, Türk Şurasının fəaliyyətinə bu günə qədər verilmiş dəstəyin bundan sonra daha da gücləndiriləcəyini deyib.