XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 17:14

Kəmaləddin Heydərovun ad günüdür – Professordan nazirə təbrik məktubu

İyulun 15-də Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 54 yaşı tamam olur. Bu münasibətlə professor Qüdrət İsaqov Kəmaləddin Heydərova ünvanladığı təbrik məktubunu Strateq.az saytına göndərərək, onun yayınlanmasını xahiş edib. Hörmətli professorun xahişini nəzərə alaraq, onun təbrik yazısına hər hansı müdaxilə etmədən, olduğu kimi yayınlayırıq:

Heydərov-1.jpg

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, alim, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Bu sətirləri yazarkən ilk yadıma düşən insan Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov oldu.

15 iyul Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun doğum günüdür! Qərara aldım ki, hörmətli nazirimiz Kəmaləddin Heydərovun sözün gücü ilə işgüzar və insani portretini yaradım, onu doğum günü münasibətilə təbrik edim!

Kəmaləddin Heydərov yüksək insanlığı ilə seçilən bir insan və nazirdir!

Kəmaləddin Heydərov insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Kəmaləddin Heydərov dahi siyasətçi Heydər Əliyevin uğurlu seçimidir!

Ulu öndər Heydər Əliyev haqqında bütün mahnılardan gözəl və möhtəşəm musiqi əsərini Kəmaləddin Heydərov yaradıb! Bu mahnıda Heydər Əliyevin dünya miqyaslı nəhəng siyasətçi və rəhbər obrazları onun humanist və mehriban insani obrazları ilə vəhdət təşkil edir! Musiqinin əzəməti və uğuru Kəmaləddin Heydərovun Heydər Əliyevə sonsuz məhəbbəti və sədaqətindən doğub! Kəmaləddin Heydərovun Heydər Əliyev haqqındakı mahnısı milyonların qəlbinə və beyninə nüfuz etdiyindən, milyonların dillər əzbəri olub.

Kəmaləddin Heydərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Kəmaləddin Heydərov prezident İlham Əliyevin də uğurlu seçimidir!

Kəmaləddin Heydərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Kəmaləddin Heydərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Kəmaləddin Heydərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Kəmaləddin Heydərov da xalqın xidmətçisidir.

Rayonlarda hər dəfə 100-lərlə insanları qəbul edən Kəmaləddin Heydərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Kəmaləddin Heydərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun bir nazir kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Kəmaləddin Heydərov kağız üzərində olan Dövlət Gömrük Komitəsini və Fövqəladə Hallar Nazirliyini dünya standartları səviyyəsində dövlət qurumlarına çevirdi.

Kəmaləddin Heydərov gördüyü bütün işləri fərəhlə, zövqlə və böyük məsuliyyətlə yerinə yetirir! Onun fərəhi və zövqü yüksək və həssas musiqi duyumundan və yaradıcılığından, böyük məsuliyyəti isə “xalqın xidmətçisi” olmaq hissindən, dövlətçiliyimizə və prezidentimizə sədaqətindən yaranıb!

Kəmaləddin Heydərov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

Kəmaləddin Heydərov heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifələrini yüksək səviyyədə yerinə yetirib!

Kəmaləddin Heydərov öz oğullarına da özü kimi yüksək tərbiyə verib. Onun oğulları da Azərbaycanın nüfuzunun yüksəlməsi üçün çalışırlar!

Hörmətli Kəmaləddin bəy! Doğum gününüz mübarək! Sizi ürəkdən təbrik edirik, ailənizlə birlikdə Sizə can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayırıq!

Arzu edirik xalqın xidmətçisi olaraq Prezidentimizin rəhbərliyi ilə Azərbaycan vətəndaşları və Azərbaycan naminə daha böyük işlər görəsiniz!

Bu yolda ALLAH yar və yardımçımız olsun!

100 yaşayın, yaşadın, var olun, qurun və yaradın!

Hörmətlə,

isaqov.jpg

Qüdrət İsaqov

fizika-riyaziyyat elmləri doktoru, professor,

Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı

baş redaktorunun müavini, Avropa Təbiət Elmləri Akademiyasının(ATEA) akademiki, ATEA-nın Fəxri Rentgen medalı Laureatı