Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin Asiyanın İkinci Departamentinin direktoru Zamir Kabulov rusiyalı pilotun əfqan taliblərinə əsir düşməsinə dair informasiyanı təsdiq edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Kabulov bunu "Exo Moskvı" radiostansiyasının efirində deyib.
"Hazırda bütün imkanlar işə salınıb və axtarış prosesi gedir", – deyə o bildirib.