XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 August 2016 - 09:50

İran XİN:"Qərb edamlara görə Tehranı tənqid etməməlidir"

Iranian 12

 Qərb ölkələri və təşkilatları İranda edam hökmlərinin icra olunduğuna görə Tehranı tənqid etməməlidir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu İran XİN nümayəndəsi Bəhram Kasemi deyib, 

“İran özü terrorçuluğun qurbanı olub, vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasında əlindən gələni əsirgəməyəcək”, – deyə o qeyd edib.

Kasemi qeyd edib ki,  edam olunan şəxslər silahlı qruplaşma yaratmaqda, partlayıcı qurğular hazırlamaqda və bombaların İran şəhərlərində yerləşdirməkdə  ittiham olunublar.

Qeyd edək ki, avqust ayında İranda həbs olunmuş 20-dək silahlı edam edilib.