XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

07 Avqust 2016 - 12:39

Həsən Ruhani:“Azərbaycanla siyasi münasibətlər keçmişlə müqayisədə güclənib”

 

ruhani

İranın Azərbaycanla əlaqələri son illərdə genişlənib və iki ölkənin ticarət, qtisadi və siyasi münasibətləri keçmişdəki ilə müqayisədə güclənib”.

Strateq.az İran Prezident Aparatının rəsmi saytına istinadən bildirir ki,

Bu sözləri İran prezidenti Həsən Ruhani  Tehran hava limanında jurnalistlərə verdiyi açıqlamasında deyib.

Ruhani deyib ki,  Bakı iclasında Şərqi və şimali Avropa ölkələrinin Fars körfəzi, Hind okeanı və cənub ölkələrinə birləşməsinə səbəb olan İran, Azərbaycan və Rusiya dəmiryolunun əlaqəsi sahəsində danışıqlar aparılacaq. 

Prezident həmçinin vurğulayıb ki, Bakı iclasında Astara-Rəşt dəmiryolunun çəkilməsi sahəsində üçtərəfli əməkdaşlıqlar barəsində danışıqlar aparılacaq və cari ilin sonuna qədər Astara-Astara dəmiryolu çəkiləcək və Bakı bu sahədə iştirak etməyə hazırdır. 

İran İslam Respublikası prezidenti İranın Azərbaycan və Rusiya arasında gömrük rüsumunun azaldılması, Avrasiya Birliyinə üzv ölkələrlə azad ticarəti, Azərbaycanda avtomobilqayırma və əczaçılıq sahəsində iştirakı, İran və Azrəbaycan arasnda ticarət və investisiyanın genişləndirilməsi və regional əməkdaşlıqlar, terrorizmlə mübarizə və Xəzər dənizində üç ölkənin əməkdaşlığını üçtərəfli Bakı iclasının əsas müzakirə mövzusu adlandırıb.