XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

07 Avqust 2016 - 18:19

Rio-2016: –Cüdoçumuz qələbə qazandı

cudo-azerbaycan

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Nicat Şıxəlizadə ilk görüşünə çıxıb.

66 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı 1/16 finalda ispaniyalı Suqoy Uriarte ilə üz-üzə gəlib.

Görüşün əvvəlində hakim hər iki cüdoçuya xəbərdarlıq edib. Az sonra Uriarte növbəti cərimə xalı alıb. Üstəlik, Şıxəlizadə ona fənd tətbiq edərək, yuko xalı alıb. Sona doğru Azərbaycan cüdoçusu da növbəti xəbərdarlıq xalı alsa da, ümumi nəticədə qələbəni əldən verməyib.

Qeyd edək ki, Nicat Şıxəlizadə 1/8 finalda Sebastian Seydl (Almaniya) – Fabio Bazile (İtaliya) görüşünün qalibi ilə qarşılaşacaq.

Report