Leyla və Arif Yunusun məhkəməsi təxirə salındı

Sülh və Demokratiya İnstitutunun sədri, hüquq müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı Arif Yunusun məhkəməsi 27 iyul saat 10:00-a təxirə salınıb.
Musavat.com-un verdiyi məlumata görə, istintaq işi məhkəmə baxışına göndərilib. Vəkillərin verdiyi vəsatətlərin heç biri təmin olunmayıb.
Leyla Yunus ingilis və rus dillərində verdiyi açıqlamada işgəncə faktları barədə danışıb. Leyla və Arif Yunuslar məhkəməni boykot etdiklərini bildiriblər.