XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

08 Avqust 2016 - 12:16

Bolqarıstan və Rusiya “Cənub axını” layihəsinibərpa edə bilər

Qaz 2

 Bolqarıstan və Rusiya “dondurulmuş” enerji layihələrini, o cümlədən “Cənub axını” layihəsini bərpa edə bilər.

APA-Economics” “Blooomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov bəyan edib.

“Bolqarıstan və Rusiya “Cənub axını” layihəsinin inşası da daxil olmaqla Rusiyanın digər enerji layihələrinin bərpası üçün işçi qrupun yaradılması barədə razılığa gəlib”, – deyə B.Borisov vurğulayıb.  

İşçi qrupun müzakirə edəcəyi layihələr arasında 2009-cu ildə inşası dayandırılmış “Belene” AES da var.

Yeri gəlmişkən, avqustun 5-də Rusiya prezidenti Vladimir Putin Bolqarıstanın baş naziri ilə telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq, o cümlədən energetika sahəsində birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilib.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiya tərəfi Bolqarıstan, Serbiya və Macarıstan ərazisindən keçməli olan “Cənub axını” layihəsindən imtina etdiyini bəyan etmişdi. Buna səbəb Avropa İttifaqının üçüncü energetika paketinə əsasən eyni şirkət həm qazın istehsalı, həm də nəqlini həyata keçirə bilməz.  

Qeyd edək ki, layihənin dəyəri 15,5 mlrd. avro təşkil edir. Bu kəmər vasitəsi ilə Avropaya gündəlik olaraq 67 mlrd. kubmetr qaz göndərmək mümkün ola bilər.