XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 13:09

Sabaha olan hava proqnozu açıqlanıb –Sabah hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq

MM 765

 Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, avqustun 9-də paytaxt və yarımadada şimal-qərb küləyi səhər və gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60, gündüz 20-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.