XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 08:27

“İran Azərbaycanla nüvə enerjisi üzrə əməkdaşlığa hazırdır” – Səfir

“Biz hesab edirik ki, sülh məqsədi ilə nüvə enerjisini istehsal etmək bütün dünya ölkələrinin haqqıdır”.

APA-nın verdiyi xəbərə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirilən mətbuat konfransında deyib.

“Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə – atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”, – deyə səfir qeyd edib.

Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.