APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin bəyan edib.
O qeyd edib ki, bu layihələr energetika və nəqliyyat sahələrini əhatə edə bilər.
"Üçtərəfli formatda görüşün təşkilinə görə sizə minnətdaram, bu da sizin təşəbbüsünüzdür. Bizim doğrudan da bu formatda müzakirə edəcəyimiz məsələlər var” deyən Putin üçtərəfli formatda iqtisadi-ticarət əlaqələrinin diversifikasiyasını da istisna etməyib.