XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2016 - 19:12

Çevriliş cəhdindən sonra Türkiyədən qaçan hərbçilərin sayı açıqlandı –9-u generaldır

numan-1

"Türkiyədə dövlət çevrilişi cəhdinə görə 10 xarici vətəndaş saxlanılıb". 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

Hökumət sözçüsünün sözlərinə görə, həmin şəxslər Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs ediliblər. 

N.Kurtulmuş həmçinin dövlət çevrilişi cəhdindən sonra Türkiyədən qaçan hərbçilərin sayının 216 nəfər olduğunu deyib: "Bunlardan 186 nəfəri Türkiyə Silahlı Qüvvələri, 30 nəfəri isə Jandarma Baş Komandanlığının şəxsi heyətinə aiddir. Onların içərisində 9-u general rütbəsi daşıyır". 

Baş nazirin müavini dövlət müəssisələrində çalışanların məzuniyyətə çıxmasına qoyulmuş qadağanın bu gündən etibarən aradan qaldırıldığını vurğulayıb.