“Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm“.
Bu sözləri XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana ilk medalı qazandıran Rüstəm Orucov müsahibəsində deyib.
“Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi”, – deyə, idmançımız qeyd edib.
Yarışa ciddi hazırlaşdığını bildirən R.Orucov finaldakı rəqibinin güclü olduğunu deyib: “Olimpiadaya hazırlaşarkən yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün görüşdə üstünlüyə sahib oldu”.
Azertac