Bu gün UEFA superkubokunun qalibi müəyyənləşəcək.
Həlledici oyunda Çempionlar Liqasının son qalibi “Real” (Madrid) və Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gələcək.
Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo zədəli olduğu üçün bu oyunda "Real"a kömək edə bilməyəcək.
Qol.az