XƏBƏR LENTİ

27 May 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 11:49

Prezident İlham Əliyev başsağlığı verdi –Pakistana

ilham-eliyev-teze

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı məktubu göndərib.

Strateq.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.