XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 12:52

Sabah hava necə olacaq? –Proqnoz açıqlandı

hava-gunesli

Sabah Bakı və Abşeron yarımadasında hava günəşli olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu yarımadada gecə 23-26, gündüz 35-39, Bakıda gecə 24-26, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 25-30% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcəd isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.