XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 August 2016 - 14:15

İraqın müdafiə nazirinəsui-qəsd cəhdi olub

İraq 345

Avqustun 8-də Mosul şəhəri yaxınlığında İraqın müdafiə naziri Xalid əl-Obeydiyə qarşı sui-qəsd cəhdi olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, X. əl-Obeydinin olduğu avtomobil karvanı İmam Qərib kəndi yaxınlığında avtomat silahlardan və minaatanlardan atəşə tutulub.

İraq Müdafiə Nazirliyi hücum zamanı müdafiə nazirinin, o cümlədən avtomobil karvanında olanlardan heç kimin xəsarət almadığı, ölən olmadığı barədə məlumat yayıb.

Sui-qəsd cəhdi ilə bağlı hələlik heç bir radikal qrupa qarşı ittiham irəli sürülməyib.