XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 15:24

Rusiyanın müxalifət lideri:“Hazırkı Türkiyə Rusiya üçün təhlükəlidir”

yavlinski

“Bu gün Türkiyədə situasiya çox təhlükəlidir. Belə qonşu Rusiya üçün təhlükə yaradır”.

Strateq.az bildirir ki, bu sözləri Rusiyanın müxalifətçi “Yabloko” partiyasının lideri Qriqori Yavlinski öz rəsmi bloqunda yazıb.

Onun sözlərinə görə, Türkiyədə silahlı qüvvələrin kəskin zəifləməsi şəraitində mürəkkəb vəziyyət yaranıb: “Çevrilişə cəhdin boşa çıxmasından sonra ordunun zəifləməsi nəticəsində bu yeri radikallar tutacaq. Bunlar hərbi elita ilə qarşıdurmada Ərdoğanı dəstəkləmiş radikallardır”.

Yavlinski qeyd edib ki, Suriyada yerləşən radikal islamçı qruplaşmalar Türkiyəyə təkcə istirahət üçün kurort kimi baxmayacaqlar: “İndi bu islamçı radikalların Türkiyədə güc və siyasi nufuzu olacaq. Rusiya üçün belə qonşu çox təhlükəlidir”.

 Q. Yavlinski bildirib ki, kürdlərə qarşı sərt qarşıdurmada Ərdoğan getdikcə daha çox islam radikal qruplaşmalarına söykənəcək. “Bütün bunlar Rusiya üçün təhlükə yaradır. Çünki Türkiyə bizim yaxın qonşumuzdur”.