Ermənistanın ədliyyə naziri Ovanes Manukyan istefa verib .
Strateq.az bildirir ki, bu məlumatı nazirliyin mətbuat katibi Tsovinar Xaçatryan yayıb .
Onun sözlərinə görə, hazırda Manukyan xaricdə məzuniyyətdədir. Nazirin istefasını prezident Serj Sərkisyan qəbul edib . Digər məlumata görə, mətbuat katibi özü də istefa verib.