“Türk Hava Yolları” aviaşirkəti Sankt-Peterburqdan Antalyaya müntəzəm reyslərə başlayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, ilk reys avqustun 9-da yerinə yetirilib. Uçuşlar həftədə dörd dəfə – çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günü həyata keçiriləcək.
Qeyd edək ki, “Türk Hava Yolları” aviaşirkəti 2014-cü ilin oktyabrından Sankt-Peterburq və Antalya arasında müntəzəm reysi dayandırmışdı.