XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 18:37

Baş konsul:“Bütün hadisələrdə olduğu kimi FETÖ ilə mübarizədə də Azərbaycan bizə dəstək verir”

Baş konsul 1

“Xalqımız tarixi günlər yaşayır. Siz bu tarixə təkcə şahidlik etmədiniz, bizə dəstək oldunuz. Ən başlıcası odur ki, Azərbaycanı yanımızda hiss etdik. Buna görə təşəkkür edirəm”.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Türkiyənin Gəncədəki baş konsulu Orhan İşıq ölkəsində baş verən son hadisələrlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Baş konsul 15 iyul dövlət çevrilişinə cəhdin xalq, hüquq-mühafizə orqanları və ordunun gücü sayəsində qarşısının alındığı qeyd edib: “Dövlət çevrilişi cəhdi hazırlıq dövrü keçib, vaxtaşırı təxribatlar törədilib, ölkənin siyasi sabitliyini və iqtisadiyyatını şübhə altına almaq cəhdləri edilib. Bəzi sadəlövh adamlar buna inansa da, xalqın milli iradəsi qələbə qazandı, demokratiya naminə iqtidarlı-müxalifətli həmrəylik nümayiş etdirildi”.

O. İşıq bütün hadisələrdə olduğu kimi FETÖ ilə mübarizədə də Azərbaycanın Türkiyəyə dəstək verdiyini xüsusi vurğulayıb. Türkiyəli diplomat iyul hadisələri zamanı xalqın vahid milli iradə nümayiş etdirməsinin bölgə ölkələri üçün bir örnək olduğunu qeyd edib.