XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 Avqust 2016 - 21:07

RF-in energetika naziri:“Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi müzakirə olunmur”

RF an

Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi gündəmdə deyil.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

“Bu məsələ gündəmə çıxarılmayıb və müzakirə olunmayıb. İndiki vəziyyət iki il əvvəlkindən fərqlidir, çünki, birincisi, qiymətlər xeyli aşağı düşüb və hazırkı kontrakt qiymətlərinin formulu üzrə təklif edilən qiymətlər kifayət qədər rəqabətli və bazara uyğundur, bu səbəbdən, qeyd olunan məsələ sadəcə olaraq gündəmdə yoxdur”, – deyə Novak bildirib.