XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 09:08

Ermənistan prezidenti bu gün Rusiyayaişgüzar səfər edəcək

Ermiəni

 Ermənistan prezidentiSerj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün avqustun 10-da Moskvaya işgüzar səfər edəcək.  

APA-nın “RİA Novosti”yə istinadən  verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.  

“Yüksək səviyyədə aparılacaq danışıqlar zamanı strateji tərəfdaş olan iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas məsələləri müzakirə olunacaq. Həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri müzakirə olunacaq”, -deyə məlumatda bildirilir.

Məlumata görə, prezidentlər həmçinin aktual  beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.