Çexiya Respublikasının Müdafiə Nazirliyi hazırda bu ölkənin ordusunun arsenalında olan Sovet nümunəli “T-72” tanklarının modernləşdirilməsini davam etdirmək fikrində deyil. Köhnəlmiş texnika 2025-ci ilə qədər istifadədən çıxarılacaq. Hazırda mütəxəssislər müasir tələblərə cavab verən model seçimi üzrə iş aparırlar. Çexiya müdafiə nazirinin silahlanma məsələləri üzrə müavini Daniel Koştovalın sözlərinə görə, Almaniyada istehsal edilən və bir sıra Avropa dövlətlərinin ordusunun təchiz olunduğu “Leopard” tipli tankların alınmasının mümkünlüyü məsələsi ciddi müzakirə olunur. Almaniya tankları yaxın vaxtlarda qonşu Polşa tərəfindən də alınıb. Buna görə müdafiə naziri hesab edir ki, Çexiya ordusu üçün “Leopard”ların seçilməsi məntiqli addım olardı.