XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 17:13

Ramazan Abdulatipov: “İŞİD-in tərkibində 300-dən çox Dağıstan sakini döyüşür”

Ramazan Abdulatipov: İŞİD-in tərkibində 300-dən çox Dağıstan sakini döyüşür

Suriya və İraqda İŞİD terror qruplaşmasının tərkibində 300-dən çox Dağıstan sakini döyüşür.

Bu barədə “RİA Novosti”yə müsahibəsində Dağıstan respublikasının rəhbəri Ramazan Abdulatipov bildirib.
“Hazırda, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, Dağıstandan Suriya və İraqa 300-dən çox sakin gedib. Onların arasında öldürülən və geri qayıdanlar var. Bütün bu faktlar üzrə cinayət işi başlanıb”, – deyə Abdulatipov bildirib.
“Geri qayıdanların nəzarətə götürülməsi çox məsuliyyətli məsələdir. Gənc şəxslərə rahat və maneəsiz Suriyaya və ya İraqa getməsinə imkan verilməməlidir. Bundan başqa, rayon və kənd icra rəhbərləri idarə etdikləri ərazilərdə sakinlər barədə məlumatlı olmalıdırlar: kim nə ilə məşğuldur, hara və hansı məqsədlərlə gedir”, – deyə Abdulatipov qeyd edib.
Qeyd edək ki, mayın əvvəlində Suriyanın Palmira şəhəri yaxınlığında gedən döyüşlərdə 40-dək Dağıstan və özbəkistan sakinlərinin daxil olduğu terrorçu dəstəsi məhv edilmişdi.