NATO Türkiyənin üzvlük məsələsinə rəsmi münasibət bildirib.
Axar.az xəbər verir ki, qurumdan verilən açıqlamada Türkiyənin etibarlı müttəfiq olduğu deyilib:
“Türkiyənin NATO üzvlüyü müzakirə oluna bilməz. NATO Türkiyənin daimi əməkdaşlığına güvənir. Türkiyə də NATO-nun müdafiə və dəstəyinə güvənə bilər”.
Xatırladaq ki, Xarici İşlər naziri Mövlud Çavuşoğlu Alyansı Türkiyəni müdafiə etməməkdə günahlandırıb.