XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 22:32

“QRU”-nun xüsusi təyinatlıları Ukraynaya girir – Sülhməramlı adıyla

Rusiya bu gün Rostov vilayətindən Ukrayna ərazisinə xüsusi təyinatlılarını yeridəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı ukraynalı hərbi ekspert Dmitri Timçuk öz Feysbuk səhifəsində yayıb.

Onun sözlərinə görə, artıq Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlılarının Rostova gəlişi haqqında sübutlara malikdirlər. Timçuk bu qüvvələrin Ukraynaya sülhməramlı qüvvələr adı altında yeridiləcəyini bildirib.