XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 23:31

Yunanıstanda iğtişaşlar başladı – “Molotov kokteyli” işə düşdü

Afinanın mərkəzində baş vermiş iğtişaşlar zamanı azı 50 etirazçı saxlanılıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, iyulun 15-i axşam saatlarında Afinada etirazçılar və polis arasında qarşıdurma baş verib. Toqquşmalar zamanı jurnalistin xəsarət aldığı bildirilir.

Məlumata görə, etirazçılar polisə “Molotov kokteyli” atıb, polis buna cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Bundan başqa, Saloniki şəhərində kreditorlarla əldə olunan razılaşmanın əleyhinə 24 saatlıq etiraz aksiyası təşkil edilib. Həmkarlar ittifaqları kreditorlarla əldə olunan razılaşmanın iyulun 15-də ölkə parlamenti tərəfindən dəstəklənməsinə qarşı əhalini etiraz aksiyalarına çağırıb.