XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

10 Avqust 2016 - 18:59

Putin Bakıda Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqlar barədəSarkisyanı məlumatlandırıb

Sarki

Rusiya dövlət başçısı Vladimir Putin  Bakıda Dağlıq Qarabağ münaqişəsi üzrə keçirilən son danışıqların nəticəsi barədə Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarqsyanı məlumatlandırıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən görüş zamanı biz bu mövzudan yan keçə bilməzdik. Bu, Dağlıq Qarabağ münaqışəsinin nizama salınması məsələsidir. Əlbəttə, mən məmnuniyyətlə sizi Bakı görüşü haqqında məlumatlandırıram", – S.Sarqsyanla Kremldə görüş zamanı V.Putin deyib.

V.Putinlə görüş zamanı Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Rusiyanın göstərdiyi siyasi və diplomatik səylərə görə minnətdarlığını bildirib.

"Mən şəxsən sizə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın göstərdiyi səylərə görə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə, burada əldə olunan razılaşmaların yerinə yetirilməsi çox vacibdir. Biz buna hazırıq", – S.Sarqsyan deyib.