Türkiyənin Mardin şəhərində, Kızıltepe Rayon Dövlət Xəstəxanasının qarşısında terror aktı törədilib.
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə zirehli polis avtomobilinin keçidi sırasında baş verib.
Məlumata görə, partlayış nəticəsində avtomobildə olan xeyli sayda polis və ətrafdakı mülki vətəndaşlar yaralanıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım və yanğınsöndürən maşınlar göndərilib. Ərazidə silah səslərinin duyulduğu bildirilir.