XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 12:52

İranda terror nəticəsində1 polis ölüb, 2-si yaralanıb

Terror

 İranın Kürdüstan əyalətinin Mərivan şəhərində törədilən terror nəticəsində 1 polis ölüb, 2-si yaralanıb.

"Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, bunu əyalətin polis rəsinin müavini, polkovnik Abdullah Fəthi bildirib.

Onun sözlərinə görə, motoskiletlə hərəkət edən naməlum şəxslər polis patrul maşınının salonuna partlayıcı ataraq hadisə yerindən uzaqlaşıblar: "Nəticədə avtomobildəki 3 polis yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Həkimlər yaralı polislərdən heç birinin həyatını xilas edə bilməyib".

Qeyd edək ki, Kürdüstan əyaləti İraqla sərhəddə yerləşir. Bu bölgəyə kürdlərin terrorçu qruplaşmaları tez-tez basqınlar edir. Onlardan ən məşhuru terrorçu PKK-nın İrandakı qolu "Pejak"dır. Bu terrorçu qruplaşmanın silahlıları İran hakimiyyətinin yerli məmurlarına, hərbçilərə, din xadimlərinə qarşı terror aksiyaları keçirirlər.