XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 13:40

“Trump Tower Baku”dayanğın olub

Otel Trump

Bakıdakı “Trump Tower Baku” binasında yanğın olub.

“Report”un əməkdaşı xəbər verir ki, əraziyə üç yanğınsöndürən maşın cəlb edilib.

Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Trump Tower Baku” paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli binadır. Hündürlüyü 130 metr olan “Trump Tower Baku” 33 mərtəbədən ibarətdir. Azərbaycanın beş ən yüksək binasından biri hesab olunur.