XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 14:50

Məleykə Abbaszadə:“TQDK-nın proqnozu real nəticələrlə üst-üstə düşür”

Məleykə

“Komissiyanın bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür. Bu isə TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır”.

TQDK-dan APA-ya verilən məlumata görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qurumun iclasında çıxışı zamanı deyib.

M. Abbaszadə çıxışında eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də məlumat təqdim edərək qeyd edib ki, qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır.

Bu istiqamətdə problemin aradan qaldırılması üçün iclas iştirakçıları arasında fikir mübadiləsi aparılıb.