XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 15:28

Türkiyə səfiri:"Ankara Əsədin danışıqlarda iştirak etməsini istəyir"

Umid 3

"Ankara Suriya ilə bağlı danışıqlar prosesində hazırki ölkə rəhbərliyinin iştirakının mümkün olduğunu hesab edir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım bu gün "Rossiya Seqodnya" agentliyində keçirdiyi mətbuat konfransında bildirib.
"Biz istəyirik ki, Suriya mövcud sərhədləri çərçivəsində vahid və dünyəvi dövlət kimi qalsın. Bu, təkcə Türkiyənin mövqeyi deyil, praktiki olaraq, bütün ölkələrin mövqeyidir. O cümlədən, istəyirik ki, Suriyadakı mövcud siyasi rəhbərlik danışıqlar prosesində iştirak etsin", – deyə türkiyəli diplomat qeyd edib. 
O bildirib ki, Rusiya və Türkiyənin Suriya ilə bağlı müxtəlif fikirləri ola bilər: "Bir sıra məsələlərlə bağlı mövqelərimiz bir-birindən uzaq olar bilər. Lakin biz Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasında, vahid dövlət kimi qalmasında, siyasi strukturunun saxlanılmasında eyni fikirdəyik".

Səfirin fikrincə, artıq Suriya məsələsi üzrə ümumi mövqeyin tapılmasına başlamaq üçün vaxt itirmək olmaz.  
Ü. Yardım Türkiyə və Rusiyanın yaxın günlərdə böhrandan çıxmaq üçünSuriya ilə bağlı məsləhətləşmələri fəallaşdıracağını da söyləyib: "Bu beynəlxalq regional münaqişəni bir görüşlə, bir danışıqla həll etmək mümkün deyil. Bu çox çətindir. Lakin biz avqustun 9-da razılaşdıq ki, Suriya ilə bağlı görüşlərimiz intensivləşəcək. Tərəflər bu görüşlərin bərpa olunması ilə bağlı istəklərini bildiriblər. Əmin edirəm ki, yaxın bir neçə gündə görəcəksiz ki, bu görüşlər necə aktivləşəcək. Bütün bu görüşlər bizim Suriya məsələsi ilə bağlı ümumi fikrə gələcəyimiz anı yaxınlaşdırır”.