XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 15:27

NATO-nun sabiq baş katibi:“Tramp seçilsə ABŞ-ın yaratdığı dünya düzəni dağılacaq”

tramp-44

 

Donald Trampın prezident seçilməsi ABŞ-ın dünya düzəninin idarəçiliyində sonu olacaq.

Strateq.az bildirir ki, bu sözləri NATO-nun sabiq rəhbəri Andres Foq Rasmussen “Politico” qəzetinə verdiyi müsahibəsində deyib.

“Cənab Trampın bir çox bəyanatları ABŞ-a olan etimadı dağıdır. Mən bundan çox narahatam. Stola Amerikanın super dövlət kimi dünyada oynadığı rolun taleyi qoyulub. Əgər cənab Tramp prezident seçilərsə bu Amerikasayağı dünya düzəninin idarə olunmasının pozulması ilə nəticələnəcək”.

Eks-baş katibin sözlərinə görə, Trpmın siyasi mövqeyi NATO nizamnaməsinin 5-ci maddəsini –kollektiv müdafiə haqqında maddəni təhlükə altına salır: “Trampın prezident seçilməsi alyans daxilində həmrəyliyi dağıdacaq”.

“Əgər Tramp prezident seçilərsə o zaman prezident Putin şampan butulkasını sevinclə partlada bilər”- deyə o vurğulayıb.