XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 17:44

Məhkəmə MTRŞ-nin ANS-ə qarşışikayətini təmin edib

MTRŞ

Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə MRTŞ-ın nümayəndəsi Nemət Cavadov bildirib ki, 1 saylı İnzibati-İqtisadi Məhkəməsində qurumun ANS-ə qarşı şikayətinin icraatının dayandırılması ilə bağlı qəbul olunan qərardad qanuna ziddir.

O qeyd edib ki, qarşılıqlı şikayət eyni motivlə bağlı olduğu üçün bir hakimin icraatına verilməli və yaxud da hakim işə baxışı bərpa etməlidir.

ANS-in vəkili Muxtar Mustafayev isə MTRŞ nümayəndəsinin mövqeyi ilə razılaşmayıb və hazırda ANS-in MRTŞ-ya qarşı 40 min manatın qaytarılması ilə bağlı şikayətinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldığını xatırladıb.

Məhkəmə heyəti qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra məhkəmə qərarını açıqlayaraq MTRŞ-ın şikayətini təmin edib.