XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 17:49

Putinin Bakıya səfəri Rusiya Təhlükəsizlik Şurasındamüzakirəyə çıxarıldı

putin-09

Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclası keçirilib.

Strateq.az APA-ya istinadən xəbər verir ki, iclasda Vladimir Putinin Azərbaycan, İran, Türkiyə və Ermənistan prezidentləri ilə keçirdiyi görüşlərdə əldə olunan razılıqlar müzakirə olunub.

Bundan başqa iclasda Krım yarımadası əhalisinin təhlükəsizliyinin təmin olunması ilə bağlı əlavə tədbirlərin görülməsi, o cümlədən Rusiya daxilindəki sosial-iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında baş nazir Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Dövlət Dumasının sərdi Sergey Narışkin, daxili işlər naziri Vladimir Kolokoltsev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Mixail Fradkov və Təhlükəsizlik Şurasının katibi Rəşid Nurqaliyev iştirak ediblər.