Bastiliyanın alınması günü ilə bağlı fransızlar bir gündə 721 avtomobili yandırıblar.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi həmin gün – iyulun 14-də asayişi pozan 700 nəfəri saxlayıb. Nazirlikdən onu da bildiriblər ki, ötən il yandırılan avtomobillərin sayı dörd dəfə artıq olub. Fransada bayram günlərində avtomilləri yandırmaq ənənə halını alıb. Yeni il gecəsi fransızlar, təxminən, 1000 avtomobilə od vurmuşdu.