XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2016 - 11:35

Qazaxıstan Xəzərdə ilk hərbi pirsin tikintisinibaşa çatdırmaq üzrədir

Kazakh

 Qazaxıstanın Aktau beynəlxalq dəniz ticarəti limanında ilk hərbi pirsin (gəmilərin yan aldığı yer) tikintisi baş çatmaq üzrədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, inşasına bu ilin fevralında başlanılan hərbi gəmilərin lövbər salacağı bu yer oktyabrda istifadəyə veriləcək.

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanı, vitse-admiral Jandarbek Janzakov deyib ki, yeni qurğu istismara veriləndən sonra Xəzərin Qazaxıstana aid hissəsindəki istənilən əraziyə gəmilərin çıxmasını təmin etmək mümkün olacaq.

Qeyd edək ki, hazırda Qazaxıstanın hərbi gəmiləri hərbi-dəniz bazasından 140 km aralıda yerləşən Baytino qəsəbəsindəki icarəyə götürülən pirsdə yan alır.