XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

12 Avqust 2016 - 11:40

Səfir:“Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib”

Alper Coşqun

"Türkiyədə fövqəladə vəziyyətin elan olunması ölkə vətəndaşlarının hüquqlarını məhdudlaşdırmır". 


APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib.

Səfir qeyd edib ki, Rusiya ilə Türkiyə arasında bir müddət yaşanan problemlərə görə ölkəyə gələn turistlərin sayında geriləmə müşahidə olunur: "Amma artıq iki ölkə arasında olan problem həll olunub, iki tərəfə aviareyslər bərpa edilib. Rusiyalı turistlər artıq Türkiyənin turizm şəhərlərinə səfər edirlər”.

Diplomat bildirib ki, Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi turist axınına təsir etməyib. “Hazırda Türkiyədə vəziyyət sabitdir. Fövqəladə vəziyyət Fətullah Gülən hərəkatı ilə mübarizə məqsədi ilə elan edilib", – deyə o vurğulayıb.