XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2016 - 11:43

Alper Coşkun:"Rusiya-Türkiyə münasibətlərinin bərpasında Azərbaycanın və Nazarbayevin mühüm rolu olub”

Alper 2

"Rusiya və Türkiyə arasında münasibətlərin bərpa olunmasında Azərbaycanın hərtərəfli rolu və iştirakı olub”.

APA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.

Səfir bildirib ki, Türkiyə rəsmiləri buna görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib: “Rusiya ilə münasibətlərimizin arzu etmədiyimiz şəkildə olduğu dövrdə Azərbaycanla yanaşı, bir çox dost və qardaş ölkə hərtərəfli köməyə hazır olduğunu bəyan etdi. Təkrar edirəm ki, bunların başında da Azərbaycan gəlir. Eyni zamanda qeyd etməliyəm ki, bu münasibətlərin nizamlanmasında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də mühüm rolu olub”.