XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2016 - 12:44

Ukrayna Rusiya ilə viza rejiminin tətbiqinə hazır olduğunubəyan edib

Ukrayna

Ukrayna Rusiya ilə viza rejiminin tətbiqi məsələsinə baxa bilər.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna xarici işlər naziri Pavel Klimkin deyib.

“Rusiyadan gələnlərə daha çox nəzarət etmək lazımdır ki, vəziyyəti qarışdırmaq üçün səylər göstərəcək Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını və digər xüsusi təyinatlıları süzgəcdən keçirmək mümkün olsun. Rusiya bu təşəbbüsdən təbliğat arqumenti kimi istifadə edə bilər. Mediada yaşlı insanların və ya uşaqların öz yaxınlarını görə bilmədiklərinə dair xəbərlər dolaşacaq”, – deyə o vurğulayıb.

P. Klimkin əlavə edib ki, viza rejiminin tətbiq olunacağı halda Ukrayna konsulluqlarına əlavə 100 əməkdaş lazım olacaq.