XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

12 Avqust 2016 - 13:12

İsrailin müdafiə naziri V Qlobal Bakı Forumunadəvət olunub

İsrael

 İsrailin müdafiə naziri Aviqdor Liberman avqustun 11-də Təl-Əvivdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini və baş katibin müavinini qəbul edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. 

Məlumata görə, görüşdə nazir A.Libermana Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, onun fəaliyyəti və mərkəzin təçkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumları barədə geniş məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq düşüncə mərkəzinə, vahid siyasi platformaya çevrilib və burada aparılan müzakirələr region dövlətləri üçün çox vacibdir.

A.Liberman Azərbaycan və İsrail dövləti arasındakı dostluq münasibətlərindən, Azərbaycanda yaşayan yəhudi icmasına göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Sonda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri nazir Aviqador Libermanı gələn il Bakı şəhərində keçirilməsi nəzərdə tutulan V Qlobal Bakı Forumuna dəvət edib.

Qeyd edək ki, 2016-cı ilin may ayında İsrailin müdafiə naziri təyin olunan Aviqdor Liberman daha öncə İsrailin milli infrastruktur naziri, nəqliyyat naziri, xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışıb.