Bu gün memar Məmmədov Fazil Qulam oğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.
Strateq.az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, F.Məmmədov 06 aprel 1949-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Uzun illər müxtəlif yerlərdə rəhbər vəzifələrdə çalışıb F.Məmmədov bir neçə il Mədəniyyət və Turizm Nazirliyində Mədəni İrs şöbəsində çalışıb. F.Məmmədov Azərbaycan Memarlar İttifaqının üzvü olub.
Allah rəhmət eləsin!