XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

13 Avqust 2016 - 12:49

Nazirlik:Temperatur aşağı enəcək, yağış yağacaq

hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraİtinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. ETSN-nin Milli Hidrometereologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.